AZ

“Kurtlar Vadisi”nin aktyoru geri qayıdır

Türkiyəli məşhur aktyor Reha Özcan ekranlara qayıdır.

Hit.az xəbər verir ki, sənətçi “Haysiyet” serialında çəkiləcək.

O, yeni başlayacaq ekran işində “Haluk” obrazına həyat verəcək. Sözügedən layihə unudulmaz “Yaprak Dökümü” serialının “müasir versiyası” adlanır. Ekran işində Karlıova ailəsinin hekayəsindən bəhs olunacaq.

Bəs Reha Özcan hansı seriallarda rol alıb?

60 yaşlı aktyor karyerası ərzində “Kurtlar Vadisi Pusu”, “Suskunlar”, “Muhteşem Yüzyıl”, “Karadayı”, “Poyraz Karayel”, “Mucize Doktor” və “Seksenler” kimi əfsanəvi seriallarda çəkilib.

Aslan


 

Seçilən
15
hit.az

1Mənbələr