AZ

Ebru Gündeş mənə düşmənçilik etdi, Bülənt Ersoy quyumu qazdı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə şou-biznesində qalmaqal alovlanıb. Məşhur müğənni Yılmaz Morgül qonaq olduğu "Katarsis" proqramında illərdir ürəyində saxladığı sirlərin üstünü açıb. İfaçı həmkarı Ebru Gündeş və "Diva" ləqəbli Bülənt Ersoyun ünvanına ağır ittihamlar səsləndirib.Demokrat.az-ın məlumatına görə, Yılmaz Morgül Ebru Gündeşin məşhurlaşmasında böyük rolunun olduğunu, lakin əvəzində nankorluq gördüyünü bildirib:"Ebru Gündeş məndən 3 il əvvəl tanınmışdı, eyni şirkətdə idik. Amma o, heç bir restoranda çıxış etmirdi. Mənim çıxışlarımdan sonra xahiş etdi ki, onu da kluba təklif edim. İbrahim Tatlısəsə ağız açdım ki, Ebru bizimlə işləmək istəyir. Bir həftə o, bir həftə mən çıxış edirdik. Lakin məkan müdiri məni əsas solist elan edəndən sonra Ebru mənə hər cür düşmənçilik etməyə başladı. Halbuki ona qucaq açan mən idim".Müğənni Bülənt Ersoyun da ünvanına sərt tənqidlər yağdırıb:"Bülənt Ersoy mənə nələr etmədi ki? 30 il keçib, hələ də eyni adamdır. Bir dəfə də olsun demədi ki, Yılmaz Morgül türk musiqisinə xidmət edir. Ancaq 'mən-mən' deyir. Bir sənətçi kimi kimi yetişdirdiniz? Ancaq insanların quyusunu qazdınız".Morgülün bu iddialarının qarşı tərəfdən necə qarşılanacağı maraq doğurur.

Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr