AZ

Rusiya ordusu insan əti YEYİR

Ajans.az xəbər verir ki, ən azı beş belə hal qeydə alınıb. Hadisələrdən birinin 2025-ci ilin noyabr ayında Donetsk vilayətinin Mirnoqrad şəhəri yaxınlığında baş verdiyi iddia olunur. Bildirilir ki, Rusiya ordusunun 51-ci Qvardiya Birləşmiş Silahlı Ordusuna bağlı bölmədə xidmət edən, “Topal” çağırış nişanlı hərbçi iki əsgər yoldaşını öldürüb və onlardan birinin bədən hissəsini yeməyə cəhd edib. Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı görüntülər və yazışmalar təqdim edilib. Nəşr bu materialların xüsusi proqram təminatı ilə yoxlanıldığını və manipulyasiya əlamətlərinin aşkar edilmədiyini iddia edir. Eyni zamanda, görüntüləri araşdıran müstəqil hərbi cərrah xəsarətlərin döyüş şəraitində yaranmadığını, daha çox kəsici alətlə yetirildiyini bildirib. Sızdırıldığı deyilən səs yazılarında zabitlərdən birinin hadisəni təsvir edərək, şübhəli şəxsin zirzəmidə insan ətini kəsməyə çalışarkən aşkarlandığını dediyi bildirilir. Onun saxlanılması zamanı müqavimət göstərdiyi və nəticədə öldürüldüyü iddia olunur. Həmin zabitin eyni zamanda bölmədə ciddi ərzaq çatışmazlığının olduğunu və hərbçilərin aclıqdan əziyyət çəkdiyini vurğuladığı qeyd edilir. Bundan başqa, digər dinlənilmiş söhbətlərdə də oxşar halların olduğu iddia edilir. Məsələn, bir hərbçinin komandirinə müraciət edərək başqa bir əsgərin “insan əti yediyini” bildirdiyi, başqa bir halda isə komandirin tabeliyində olan hərbçidən bu cür hərəkətləri dayandırmağı tələb etdiyi qeyd olunur. Hətta bəzi bölmələrdə spirtli içki və narkotiklərlə yanaşı, kannibalizmin də qadağan edildiyi barədə əmrlərin verildiyi iddia edilir.

Ukrayna tərəfi həmçinin əsir götürülmüş rus hərbçilərinin getdikcə daha çoxunun ərzaq çatışmazlığından şikayət etdiyini bildirir. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı və RAND Corporation analitiki Bredli Martin isə Rusiya ordusunda təchizat problemləri ilə bağlı məlumatların ümumilikdə inandırıcı göründüyünü qeyd edib və qoşunların təminatının komandanlıq üçün prioritet olmaya biləcəyini vurğulayıb.

Seçilən
49
Ajans.az

1Mənbələr