"Santos"un hücumçusu Neymar komandanın bazar günü keçirilən məşqini buraxıb.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Klubun bazasında "Bahia" ilə səfər oyununda (2:2) iştirak etməyən futbolçular məşq keçib. Neymarın da məşqə qatılması gözlənilsə də, o, səbəb göstərmədən məşqi buraxıb.
Klub artıq futbolçu və onun nümayəndələri ilə əlaqə saxlayaraq yoxluğun səbəbini aydınlaşdırmağa çalışır.