AZ

Azərbaycan və Ukrayna arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki tərəfin böyük imkanları var

Bakı. Trend:

Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna münasibətləri bütüntarixi dövrlərdə yüksək səviyyədə olub. İki dövlətin xalqlarıarasında daim dostluq münasibətləri hökm sürüb. Müstəqillikdövründə isə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan əlaqələryüksələn xətlə inkişaf edib. Ukrayna Prezidenti VolodimirZelenskinin aprelin 25-də Azərbaycana etdiyi işgüzar səfər də ilknövbədə Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf dinamikasındanxəbər verdi.

Hələ sovet hakimiyyəti illərində Azərbaycanla Ukrayna arasındamöhkəm iqtisadi və mədəni əlaqələr mövcud olub. Müstəqillikillərində diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, sıxikitərəfli siyasi və iqtisadi münasibətlər Ulu Öndər HeydərƏliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etməsindən sonrayaranmağa başlayıb. 1995-ci ildən başlayaraq hər iki dövlətinPrezidentləri qarşılıqlı olaraq dəfələrlə rəsmi və işgüzar səfərlərediblər. Bu səfərlərin hər biri əlaqələrin inkişafına impuls verib,münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib, yeniəməkdaşlıq istiqamətlərinin əsasını qoyub.

Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin25-də respublikamıza səfəri iki dövlət arasındakı müntəzəm alisiyasi təmasların davamıdır. Azərbaycan və Ukrayna PrezidentlərininQəbələdə keçirdikləri görüş onların son 4 ildə sayca 7-ci görüşüoldu. Bu, iki dövlət arasındakı ali siyasi təmasların davamlıxarakter daşıdığını nümayiş etdirməklə yanaşı, əlaqələrin bütünsahələrdə inkişafına təkan verən başlıca faktordur. Prezident İlhamƏliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, bu təmaslarUkrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırıb.Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşü zamanıəvvəlki görüşlər məmnunluqla xatırlandı, Ukrayna Prezidentininölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərininmüzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi.

Dövlət başçılarının siyasi təmasları ilə yanaşı, iki ölkəninmünasibətlərinin inkişafına mühüm təsir edən amillərdən biri dəstrateji tərəfdaşlığa dair sənədlərin imzalanmasıdır. Mətbuatabəyanatla çıxışında Prezident İlham Əliyev bunların çox güclüsiyasi sənədlər olduğunu bildirdi:

“Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildəKiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədimzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdəölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi,sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır.Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlıolaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir vədəstəkləyəcəkdir”.

Prezidentlərin Qəbələ görüşündə Azərbaycanla Ukrayna arasındaəlaqələrin bir çox istiqamətdə, o cümlədən enerji sahəsindəgenişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kəndtəsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. Ocümlədən, Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarındaəlaqələrin inkişaf perspektivləri ilə bağlı mühüm fikirlərsəsləndirildi. Məsələn, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,iki dövlət arasında hərbi-texniki əməkdaşlıqla bağlı çox böyükperspektivlər mövcuddur. Hazırda həm Azərbaycanda, həm də Ukraynadahərbi sənaye kompleksi sürətlə inkişaf edir və bu sahədə birgəəməkdaşlığın həyata keçirilməsi hər iki dövlətə böyük ölçüdə faydagətirəcək.

Ümimiyyətlə isə bu gün iki ölkə arasında ticarət dövriyyəsinin500 milyon ABŞ dollarını keçməsi əməkdaşlığın ardıcıl və davamlıinkişafından xəbər verir. Qarşıdakı illərdə isə ticarətdövriyyəsinin daha da böyüməsi gözlənilir. Çünki həm Azərbaycanın,həm də Ukraynanın bununla bağlı potensialı yüksəkdir.

Azərbaycanla Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəalsiyasi dialoq ikitərəfli əməkdaşlığın inkişafına təkan verir vəmünasibətlərin məzmunca zənginləşməsinə zəmin yaradır. Ali siyasitəmaslarla yanaşı, iki dövlətin müvafiq qurumları arasında daqarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi iləbağlı müzakirələr müntəzəmdir. Bunu ötən il Bakıda Azərbaycan vəUkrayna Xarici İşlər nazirliklərinin məsləhətləşmələrinin, habelə,Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi də təsdiq edir.Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu tədbirlərixüsusi qeyd edərək, onların növbəti dövrdə Ukraynada keçirilməsihaqqında fikir mübadiləsinin aparıldığını dedi.

Çoxtərəfli qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq hazırdaAzərbaycan və Ukrayna tərəfdaş dövlətlərdir. Münasibətlər isəyalnız ikitərəfli deyil, çoxtərəfli formatlarda, o cümlədənbeynəlxalq platformalar çərçivəsində uğurla inkişaf edir. UkraynaPrezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri isə həm bumünasibətlərin inkişafına, həm də dostluq əlaqələrininmöhkəmlənməsinə mühüm töhfədir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
12
3
az.trend.az

4Mənbələr