AZ

Fransa üçün fəlakət: Mbappe dünya çempionatını buraxa bilər

"Real Madrid"in hücumçusu Kilian Mbappe zədə səbəbindən 2025/2026 mövsümünün qalan oyunlarında oynamayacaq. 

Fanat.Az xəbər verir ki, vəziyyət daha ciddi görünür. 

"El Chiringuito TV" ulduz futbolçunun hətta DÇ-2026-da iştirakının da sual altında olduğunu iddia edib. 

Fransız futbolçu La Liqanın 31-ci turunda "Betis"ə qarşı oyunda zədələnib. 81-ci dəqiqədə hücumçu özünü ciddi narahat hiss edib, əvəz olunmasını istəyib və dərhal meydanı tərk edərək paltardəyişmə otağına yollanıb. 

Daha sonra zədənin gözləniləndən daha ağır olduğu üzə çıxıb. 

Bu, 27 yaşlı hücumçunun bu mövsüm dördüncü zədə problemidir. O, əvvəllər diz problemləri səbəbindən iki dəfə kənarda qalıb. Əvvəlcə təxminən üç həftə, sonra isə daha on gün. Mbappe həmçinin əzələ zədəsi səbəbindən də bir neçə oyunu buraxmışdı.

Buna baxmayaraq, fransız ulduz inanılmaz məhsuldarlığı ilə yadda qalıb: 41 oyun, 41 qol, 6 məhsuldar ötürmə. O, La Liqada 24 qolla bombardir yarışında aşkar liderdir.

Vəziyyət xüsusilə Fransa millisi üçün narahatlıq doğurur. 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da fransızlar Seneqal, İraq və Norveçlə bir qrupda yer alırlar.

Mirağa

Seçilən
24
42
fanat.az

10Mənbələr