İranın münaqişələrin tənzimlənməsi ilə bağlı təklifləri barədə xəbərlər fonunda Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasında ticarət kotirovkaların artımı ilə başlayıb. Bunu ticarət məlumatları göstərir.
Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin dəyişimini əks etdirən “Nikkei” indeksi ticarət zamanı 1,86% artaraq 60 784,24 bənd səviyyəsinə yüksəlib. Beləliklə, o, aprelin 23-də müəyyən edilmiş rekordu yeniləyib. Həmin gün “Nikkei” tarixdə ilk dəfə 60 min bənd həddini keçmişdi.
Daha əvvəl “Axios” portalı xəbər vermişdi ki, Tehran Vaşinqtona münaqişənin tənzimlənməsi ilə bağlı yeni təklif təqdim edib. Bu təklif ABŞ blokadasının aradan qaldırılmasını, Hörmüz boğazının açılmasını və İranın nüvə proqramının müzakirəsinə keçidi nəzərdə tutur.