AZ

Tramp FTB direktorundan "bezib" - İşdən çıxarıla bilər

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel tezliklə vəzifəsindən ayrıla bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən yazıb. 

Nəşrin mənbəsi bildirib ki, "Bu, sadəcə zaman məsələsidir". Məlumata görə, Patelin işdən çıxarılmasının əsas səbəblərindən biri onun haqqında çoxlu sayda mənfi xəbərlərin olmasıdır. Bu cür materiallar "kabinet nazirini yaxşı göstərmir" və ABŞ prezidenti Donald Tramp kəşfiyyat agentliyi direktoru ilə bağlı qalmaqalların daim diqqəti yayındırmasından bezib.

Gülayə Mecid 

Seçilən
58
1
unikal.az

2Mənbələr