AZ

Süni intellekt ABŞ da iş yerlərinin artımını azaldır və əmək bazarını dəyişdirir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-da süni intellektin tətbiqi əmək bazarında artıq öz təsirini göstərir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın və dünyanın, eləcə də böyük investisiya banklarından və maliyyə xidmətləri şirkətlərindən biri "Goldman Sachsin" yeni tədqiqatında qeyd olunur.

Analitiklərin yeni tədqiqatına görə, hər ay təxminən 16 min iş yerinin artımı əngəllənir və bu, işsizliyin 0,1% artmasına səbəb olur.

Ekspertlər bildirirlər ki, süni intellekt həm işçiləri əvəz edir, həm də yeni vakansiyalar yaradır. Orta hesabla ayda 9 min yeni iş yeri meydana gəlir, əsasən alqoritmlərin insan bacarıqlarını tamamladığı sahələrdə.

Ən çox təsirə məruz qalan sahələr rutini işlərlə məşğul olan peşələrdir: çağrı mərkəzi operatorları, sığorta mütəxəssisləri, müştəri dəstəyi işçiləri və məlumat daxil etmə operatorları. Gənc mütəxəssislər isə əsas tapşırıqlarda süni intellektlə rəqabət apardıqları üçün başlanğıc vəzifələrdə işə qəbul yavaşlayır.

Buna qarşılıq, süni intellekt insan əməyini gücləndirən sahələrdə iş yerlərinin artımına səbəb olur. Təhsil, tikinti layihələrinin idarə olunması və məhkəmə sistemi kimi sahələrdə işçi heyəti genişlənir.

Tədqiqatda həmçinin Jevons paradoksuna işarə edilir: texnologiyanın səmərəliliyi xidmət və məhsullara tələbi artıraraq iş yerlərinin azalmasını qismən kompensasiya edə bilər. Məsələn, məlumat mərkəzlərinin tikintisi kimi infrastruktur layihələri süni intellektdən stimul alır.

Analitiklər vurğulayır ki, süni intellektin əmək bazarına təsiri hələ müzakirə mövzusudur və uzunmüddətli nəticələr iqtisadiyyatın adaptasiya sürətindən və yeni sahələrin yaranmasından asılı olacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
bizimyol.info

1Mənbələr