Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ administrasiyası Ağ Ev müxbirləri assosiasiyasının qəbulu zamanı, "Washington Hilton" otelində baş verən atışma hadisəsi zamanı maksimum təhlükəsizlik səviyyəsini təmin etməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, adətən ölkə prezidentinin və onun kabinet üzvlərinin iştirak etdiyi tədbirlər xüsusi əhəmiyyətli tədbirlər kateqoriyasına daxil edilir və onlara uyğun təhlükəsizlik səviyyəsi təyin olunur. Lakin "Washington Hilton" otelində keçirilən qəbul “federal resursların tam həcmdə cəlb edilməsinə imkan verən statusu almamışdı”, deyə qəzet qeyd edir.
Mənbələrin sözlərinə görə, administrasiya bu qəbulda digər yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirlərlə müqayisədə “daha aşağı səviyyədə təhlükəsizlik” təmin edib və bununla faktiki olaraq “ölkəni qeyri-adi dərəcədə həssas vəziyyətə salıb”.
Qəbulda ABŞ prezidenti Donald Tramp və birinci xanım Melania Tramp ilə yanaşı, vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqon rəhbəri Pete Hegset, FBI direktoru Kaş Patel və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.