Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Cənubi Koreya ordusunda 2021-ci ildə baş vermiş qəzanın üzərindən sirr pərdəsi götürülüb.Avtosfer.az xəbər verir ki, bu məsələ indiyədən ictimaiyyətdən gizlədilib. Məqsəd silahlı qüvvələrin reputasiyasını qorumaq olub.
Koreya mediasının məlumatına görə hadisə belə baş verib: mayor rütbəli F-16 pilotu son uçuşu zamanı selfi çəkmək üçün qabaqcadan nəzərdə tutulmayan manevr edir və bu zaman yanaşı uçan təyyarəyə toxunur.
Onun daha yaxşı rakurs tutmaq həvəsi hər 2 maşının zədələnməsi ilə nəticələnir. Təyyarələr aerodroma qəzasız eniş edir və təhqiqat başlayır.
Məlum olur ki, təyyarələrə 1 milyon dollarlıq ziyan dəyib. Pilotdan zərərin ödənilməsi tələb edildikdə isə o, audit aparılmasını istəyib. Lakin audit xərci də baha olduğu üçün pilot bundan imtina edib.
Məhkəmə pilotun uzun müddət nümunəvi xidmət etdiyini nəzərə alaraq zərərin 10 faizini ödəməsi ilə bağlı qərar çıxarıb.
Həmin dövrdə koreyalı pilotlar arasında selfi çəkdirmək geniş yayılmışdı və bunu komandanlığın icazəsi ilə edirdilər.
Təcrübəli mayor hadisədən sonra ordudan tərxis olunur və hazırda fəaliyyətini mülki pilot kimi davam etdirir.
Vüqar Yaşaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.