AZ

Tramp: İranın neft infrastrukturu üç gün ərzində sıradan çıxa bilər

BAKI, 27 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın neft infrastrukturunun yaxın günlərdə ciddi zərər görə biləcəyini iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası davam edərsə, İranın neft kəmərləri təzyiq səbəbindən sıradan çıxa bilər.

ABŞ lideri qeyd edib ki, İran neft kəmərləri vasitəsilə böyük həcmdə xammal nəql edir və ixrac imkanlarının məhdudlaşması nəticəsində bu sistem daxildən zədələnə bilər.

“Əgər neftin anbarlara və ya gəmilərə ötürülməsi mümkün olmazsa, bu xətlər daxildən sıradan çıxacaq. Təxminən üç gün ərzində belə bir risk mövcuddur”, - deyə Tramp bildirib.

O əlavə edib ki, bu ssenari baş verərsə, İran neft hasilatı gücünün təxminən yarısını itirə bilər.

Seçilən
35
teleqraf.com

1Mənbələr