AZ

Youtube tarixinin ən böyük xeyriyyə rekordu qırıldı – bu qədər pul toplandı

Polşada məşhur strimer Patrik Qarkovski (Łatwogang) onkoloji xəstə uşaqlar üçün keçirdiyi canlı yayım zamanı 50 milyon dollardan çox vəsait toplayıb.

Musavat.com xəbər verir ki, artıq doqquz gündür davam edən yayım qısa müddətdə ümummilli xeyriyyə kampaniyasına çevrilib və ölkədə böyük həmrəylik yaradıb.

Məlumata görə, aksiyaya tanınmış repçilər, şou-biznes nümayəndələri və idmançılar da qoşulub. Onların sırasında dünya şöhrətli futbolçu Robert Lewandowski da yer alıb.

Qeyd olunur ki, bu təşəbbüs YouTube tarixində ən böyük xeyriyyə aksiyalarından biri kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr