AZ

​Pişiklər qaranlıqda necə görür? -

Pişiklərin qaranlıqda rahat hərəkət etməsi çoxlarını təəccübləndirir. Bunun əsas səbəbi onların göz quruluşunun insanlardan fərqli olmasıdır. Metbuat.az xəbər verir ki, pişiklərin gözündə “tapetum lucidum” adlı xüsusi qat yerləşir ki, bu da zəif işığı əks etdirərək görmə qabiliyyətini gücləndirir. Bu xüsusiyyət sayəsində pişiklər çox az işıqda belə ətrafı seçə bilir. Onların gözləri işığı bir neçə dəfə gücləndirir və beləliklə, demək olar ki, tam qaranlıqda belə hərəkət edə bilirlər. Məhz buna görə pişiklərin gözləri gecə işıq düşəndə parıldayır.

Mütəxəssislər bildirir ki, pişiklər tam qaranlıqda deyil, sadəcə çox zəif işıqda insanlardan qat-qat yaxşı görürlər. Bu qabiliyyət onların ov instinkti ilə bağlıdır və gecə aktiv olan heyvan kimi yaşamasına kömək edir.

Seçilən
76
metbuat.az

1Mənbələr