AZ

Sabiq icra başçısı vəfat etdi — FOTO

Azərbaycanda sabiq icra başçısı vəfat edib.

Musavat.com xəbər verir ki, uzun illər Bərdə rayonu və Tərtər rayonu İcra Hakimiyyətlərinin başçısı vəzifələrində çalışmış Elman Allahverdiyev dünən dünyasını dəyişib.

Məlumata görə, Elman Fərman oğlu Allahverdiyev 16 mart 1958-ci ildə Tərtər rayonunda anadan olub. O, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə Bərdə şəhərindəki 32 saylı Tikinti Quraşdırma İdarəsində betonçu kimi başlayan Allahverdiyev sonrakı illərdə müxtəlif vəzifələrdə çalışıb. O, 1982-ci ildən Bərdə 1 saylı Su Tikinti İdarəsində usta, mühəndis, idarə rəisinin müavini və baş mühəndis vəzifələrini tutub.

 

Screenshot_8.png

1994-cü ildə Elman Allahverdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və 1996-cı ilədək bu vəzifədə çalışıb. Həmin ildə o, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib və 2006-cı ilə qədər bu postda fəaliyyətini davam etdirib.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
45
14
musavat.com

10Mənbələr