AZ

Levandovski "Barselona"dan ayrılacaq

Polşalı hücumçu Robert Levandovski mövsümün sonunda “Barselona”dan ayrılacaq.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, 37 yaşlı futbolçunun Kataloniya klubu ilə mövcud müqaviləsi iyun ayının sonuna qədər qüvvədədir.

Levandovski karyerasını İtaliyada davam etdirə bilər.

Futbolçu “Barselona”dakı dördüncü mövsümünü başa vurur. “Mavi-qırmızılar”ın heyətində 188 oyuna çıxan hücumçu 118 qol vurub, 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Barselona” İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir və ikinci yerdəki “Real Madrid”i 11 xal qabaqlayır. Kataloniya klubunun çempionluq titulunu qoruması yüksək ehtimal kimi dəyərləndirilir.

Seçilən
26
90deqiqe.az

1Mənbələr