AZ

“Portu”dan inamlı qələbə

Portuqaliya çempionatının 31-ci turunda “Portu” səfərdə “Eştrela” ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Əjdahalar” hesabı ilk açan tərəf olublar. 17-ci dəqiqədə Deniz Gül fərqlənib. Daha sonra Albertu Koştanın ötürməsindən sonra Gül 37-ci dəqiqədə ikinci dəfə fərqlənərək dubl edib.

Meydan sahibləri yalnız oyunun sonlarına yaxın fərqi azalda biliblər. 79-cu dəqiqədə Jovane Kabral Sidney van Hoydonkun ötürməsindən sonra qol vurub.

Bununla belə, “Eştrela” oyunda məğlubiyyətdən qaça bilməyib.

Bu qələbədən sonra “Portu” 82 xalla Portuqaliya çempionatının turnir cədvəlində liderliyini davam etdirir. “Eştrela” isə 28 xalla 15-ci pillədə qərarlaşıb.

Seçilən
28
90deqiqe.az

1Mənbələr