AZ

Slavyan miqrantlar Gürcüstan əhalisinin 2,6%-ni təşkil edir.

2022-ci ildən bəri Gürcüstana 72.575 rus, 24.440 Ukrayna vətəndaşı və 11.255 belarus gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi və Milli Statistika Xidmətinin yaydığı məlumata görə, bu dövrdə ölkəyə ümumilikdə 108.222 nəfər immiqrasiya edib. Qeyd olunur ki, Rusiya, Ukrayna və Belarusdan olan immiqrantlar hazırda Gürcüstan əhalisinin təxminən 2,6%-ni təşkil edir.

Aktiv miqrasiya səbəbindən əhalinin təbii azalmasına baxmayaraq, Gürcüstanda əhalinin sayının 3,9 milyona çatdığı bildirilir.

Bu məlumatlara görə, immiqrasiya edənlərin əksəriyyəti Tiflisdə və Batumidə yaşayır.

Musavat.com

Seçilən
64
musavat.com

1Mənbələr