ABŞ Prezidenti Donald Tramp İranın neft infrastrukturunun çökməsinə üç gün qaldığını bəyan edib.
Redaktor.az xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Trampın sözlərinə görə, ABŞ və İran arasındakı münaqişədə bütün üstünlüklər Amerikanın tərəfindədir.
“İranın neft infrastrukturunun süqutuna təqribən üç gün qalıb”, — deyə ABŞ prezidenti vurğulayıb.
Həmin müsahibədə Donald Tramp İranla münaqişənin ABŞ-nin qələbəsi ilə başa çatacağını anons edib:
“Biz böyük iş görmüşük və bütün bunlar çox yaxında bitəcək”.