AZ

“Borussiya”dan darmadağın

Almaniya Bundesliqasının 31-ci turunda Dortmund “Borussiya”sı “Frayburq”u qəbul edib,

90deqiqe.Az-ın məlumatına görə, matçda meydan sahibləri böyükhesablı qələbə qazanıb – 4:0.Dortmund stadionunda keçirilən görüşü baş hakim Robin Braun idarə edib.

Oyunda hesab erkən açılıb. 8-ci dəqiqədə Maximilian Beyer fərqlənib. 14-cü dəqiqədə Seru Quirassi hesabı artırıb.

32-ci dəqiqədə Ramy Bensebaini fərqlənərək üstünlüyü daha da möhkəmləndirib. Matçın 87-ci dəqiqəsində isə Fábio Silva son nöqtəni qoyub.

Bu qələbədən sonra Dortmund “Borussiya”sı 67 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Frayburq” isə 43 xalla 8-ci yerdədir.

Növbəti turda “arılar” mayın 3-də səfərdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq. “Frayburq” isə həmin gün “Volfsburq”u qəbul edəcək.

Seçilən
28
90deqiqe.az

1Mənbələr