Bakı. Trend:
Kolumbiyanın cənub-qərbindəki Kauka departamentindəkiPan-Amerikan şossesində baş verən partlayış nəticəsində ölənlərinsayı 20-yə çatıb.
Trend-in məlumatına görə, bu barədə departamentin qubernatoruOktavio Qusman "X" sosial şəbəkəsində yazıb.
"Hazırda hesabatda mülki əhali arasında 20 nəfərin həlak olduğuqeyd edilib — onlardan 15-i qadın, 5-i isə kişidir və hamısı yetkinyaşlıdır; 36 nəfər yaralanıb, onlardan üçü reanimasiya şöbəsindəqalmaqda davam edir", - deyə o bildirib.
O əlavə edib ki, yaralanan beş azyaşlının həyatı təhlükəaltındadır.
O. Qusmanın sözlərinə görə, 25 apreldə baş verən hadisədepartamentdə son onilliklərdə mülki əhaliyə qarşı ən "qəddar vəamansız hücum" olub.