AZ

İngiltərə Kubokunun finalçıları bəlli oldu

İngiltərə Kubokunun 2025/2026-cı illər mövsümünün növbəti finalçısı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu gün evdə "Lids Yunayted"i 1 qolla məğlub edən "Çelsi" finala vəsiqə qazanıb. Beləliklə, həlledici matçda "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gələcək. 

"Mançester Siti" finala qədər olan mərhələlərdə "Ekseter Siti" (10:1), "Solford Siti" (2:0), "Nyukasl" (3:1), "Liverpul" (4:0) və "Sauthempton"u (2:1) məğlub edib.

"Çelsi" isə həlledici matça gedən yolda "Çarlton Atletik" (5:1), "Hall Siti" (4:0), "Reksem" (4:2), "Port Veyl" (7:0) və "Lids Yunayted"i (1:0) mübarizədən kənarlaşdırmağı bacarıb.

Xatırladaq ki, turnirin həlledici qarşılaşması mayın 16-da "Uembli" stadionunda keçiriləcək.

Qeyd edək ki, sözügedən kuboku ən çox qazanan komanda  aktivində 14 titulu olan Londonun "Arsenal" klubudur. Bu göstəriciyə görə ikinci yerdə "Mançester Yunayted" (13) qərarlaşıb. Üçüncü pilləni isə hərəyə 8 qələbəsi olan "Liverpul", "Tottenhem" və "Çelsi" bölüşür. "Mançester Siti" isə bu turnirin qalibi adını ümumilikdə 7 dəfə qazanıb.

Seçilən
0
1
ikisahil.az

3Mənbələr