AZ

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub edib

Azərbaycan Premyer Liqasında “Qarabağ” səfərdə “Neftçi” üzərində inamlı qələbə qazanıb.

Aznews.az xəbər verir ki, görüş 5:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Musa Qurbanlı 9 və 32-ci dəqiqələrdə dubl edərək komandasını önə çıxarıb. Daha sonra Conatan Montiel 38-ci dəqiqədə fərqi artırıb.

“Neftçi”nin yeganə qolunu isə 21-ci dəqiqədə Elvin Bədəlov vurub.

Seçilən
6
5
aznews.az

10Mənbələr