AZ

“Çelsi” finalda

İngiltərə Kubokunun yarımfinal mərhələsində “Çelsi” “Lids Yunayted”i məğlub edərək finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi “Uembli” stadionunda keçirilən qarşılaşmada 1:0 hesablı qələbə qazanıb. Oyunu avstraliyalı baş hakim Cared Jillet idarə edib.

Matçda yeganə qolu 23-cü dəqiqədə Enzo Fernandes vurub və “Çelsi”ni finala daşıyıb.

Beləliklə, London klubu həlledici mərhələdə “Mançester Siti” ilə üz-üzə gələcək. Final görüşü mayın 16-da yenə “Uembli” stadionunda keçiriləcək.

Qeyd edək ki, İngiltərə Kubokunun ən çox qalibi “Arsenal”dır – 14 dəfə. İkinci yerdə 13 titulla “Mançester Yunayted” gəlir. Üçüncü pilləni isə “Liverpul”, “Tottenhem” və “Çelsi” (8 dəfə) bölüşür.

Seçilən
18
90deqiqe.az

1Mənbələr