AZ

“Elçe” səfərdə qələbə qazandı

İspaniya La Liqasının 32-ci turunda “Ovyedo” öz meydanında “Elçe”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça fəal başlayan “Elçe” erkən qolla üstünlük qazanıb. 6-cı dəqiqədə Pedro Bigas fərqlənib, qolun ötürməsini isə Mark Aguado verib.

16-cı dəqiqədə Qonzalo Vilyar del Frayle fərqlənərək “Elçe”nin üstünlüyünü iki topa çatdırıb.

“Ovyedo” uzun müddət qol vura bilməsə də, 76-cı dəqiqədə hesabı azaldıb. İlyas Şair topu rəqib qapısına göndərib.

Bu nəticədən sonra “Elçe” xallarını 38-ə çatdıraraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib. “Ovyedo” isə 28 xalla sonuncu – 20-ci yerdə qalır.

Seçilən
26
23
90deqiqe.az

10Mənbələr