AZ

Paltarın rəngini itirməməsi üçün necə yumaq olar?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Britaniyanın Lids Universitetinin alimləri paltarların rəngini daha uzun müddət qorumağın ən effektiv yolunu müəyyən ediblər. Demokrat.az xəbər verir ki, “Popular Mechanics”in məlumatına görə, ən doğru seçim ən soyuq və ən qısa yuma rejimidir.Tədqiqat zamanı alimlər onlarla futbolkadan istifadə ediblər. İlk mərhələdə paltaryuyan maşınlar boş işlədilib ki, içəridə təsadüfi mikrohissəciklər qalmasın. Daha sonra yuma prosesi zamanı yaranan bütün mikro liflər və boyaq maddələri toplanaraq analiz edilib.Alimlər yuma suyunu buxarlandıraraq qurudub və əldə olunan qalıqları ölçüblər. Həmçinin parçaların rəng sabitliyi xüsusi “qəbul edən” (receiver) parça nümunələri üzərində yoxlanılıb – yuma əvvəlində və sonra rəng dəyişimi müqayisə edilib.Nəticələr göstərib ki, yuma temperaturu və müddəti artdıqca rəng itkisi də artır.“Cotton Short” rejimi (40°C, 85 dəqiqə) ilə müqayisədə “Cold Express” (soyuq su, 30 dəqiqə) rejimində rəng itkisi xeyli az olub. Tədqiqatçılar bildiriblər ki, real şəraitdə daha uzun və isti yuma dövrləri rəngin daha sürətli solmasına səbəb olur.Bundan başqa, alimlər qeyd ediblər ki, yuma zamanı boyaq maddələrinin digər parçalara keçməsi də artır və bu, xüsusilə ağ və açıq rəngli geyimlərdə ləkələnmə və bozarma yaradır.Nəticə olaraq, tədqiqat müəllifləri vurğulayırlar ki, yuma vaxtını və temperaturunu azaltmaq yalnız paltarın rəngini qorumağa deyil, həm də ətraf mühitə təsirin azalmasına kömək edir. Bu, mikroplastiklərin su sisteminə qarışmasını, yuyucu vasitə tullantılarını və karbon izini azaldır.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
demokrat.az

1Mənbələr