AZ

Qocalmaq tarixə qarışır? Putindən alimlərə 26 milyard dollarlıq tapşırıq

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə start verilən layihə çərçivəsində dünyada ilk dəfə qocalma prosesini hüceyrə səviyyəsində dayandırmağı hədəfləyən gen terapiyası preparatı ictimaiyyətə təqdim olunub. Demokrat.az xəbər verir ki, Rusiya elm və ali təhsil nazirinin müavini Denis Sekirinski bioloji qocalmanı ləngidən yeni nəsil gen terapiyasının detallarını açıqlayıb.Yeni nəsil gen terapiyası insan ömrünü 150 ilə çatdırıla bilər."Yeni Texnologiyalarla Sağlamlığın Qorunması" milli layihəsi çərçivəsində hazırlanan bu dərmanın hüceyrə qocalmasına səbəb olan mexanizmləri bloklayacağı bildirilir.Qocalma Biologiyası və Tibb İnstitutu tərəfindən idarə olunan layihənin insan ömrünü 150 ilə qədər uzatmaq potensialı olduğu vurğulanır. Layihənin ümumi büdcəsi isə rekord həddə — 2 trilyon rubla (təxminən 26,4 milyard dollar) çatır.Qocalma peyvəndi necə işləyir?Yeni preparatın əsas iş prinsipi bədəndə hüceyrə deqradasiyasını başladan "RAGE" reseptorunun sıradan çıxarılmasına əsaslanır. Nazir müavini Sekirinski qeyd edib ki, bu gen terapiyası sözügedən reseptoru bloklayaraq hüceyrələrin gənclik mərhələsini uzadır və yaşla bağlı yaranan bioloji fəsadları ləngidir. Elm dünyasında "qocalma əleyhinə peyvənd" adlandırılan bu üsul həm də yaşlılıqla bağlı yaranan xroniki xəstəliklərin qarşısını almağı hədəfləyir.Kütləvi istehsal nə vaxt başlayacaq?Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova hazırda eksperimental mərhələdə olan preparatın gələcək planları barədə məlumat verib. Bildirilib ki, klinik sınaqlar uğurla tamamlanarsa, dərmanın 2028-2030-cu illər arasında kütləvi istifadəyə verilməsi planlaşdırılır.Kreml tərəfindən dəstəklənən bu layihə tibb tarixinin ən yüksək büdcəli araşdırmalarından biri kimi qeydə alınıb. Vladimir Putinin "150 yaşa çatmağın mümkün olduğu" barədə bəyanatından sonra işlər sürətləndirilib və dövlətin prioritet milli layihələri sırasına daxil edilib.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
demokrat.az

1Mənbələr