İran xarici işlər naziri Abbas Əraqçi yenidən İslamabada qayıdıb.
APA “Geo.tv”-yə istinadən xəbər verir ki, Pakistana səfərdən sonra Maskatda Oman Sultanı Heysəm bin Tariq əl-Səid ilə görüşən Abbas Əraqçi yenidən İslamabada qayıdıb.
Abbas Əraqçinin iki gün ərzində Pakistana ikinci səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir.
Qeyd edək ki, ABŞ-İran danışıqlarının birinci raundu İslamabadda keçirilib. Hazırda Pakistan rəsmiləri ABŞ-İran danışıqlarının ikinci raundunun təşkilinə çalışır.