AZ

"Mançester"in skautları “Milan”-“Yuventus” oyununa baxacaqlar: Kimi izləyəcəklər?

“Mançester Yunayted” skautları “Yuventus”un mərkəz müdafiəçisi Pyer Kalulyanı izləmək üçün Seriya A-nın 34-cü turunda “Milan”la keçiriləcək oyuna baxmağı planlaşdırırlar.

Publika.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” məlumat yayıb.

Komandalar 26 apreldə Milandakı “San Siro” stadionunda oynayacaqlar. Mənbənin məlumatına görə, “Yuventus” fransız futbolçunun müqaviləsini uzatmağı və maaşını artırmağı planlaşdırır, lakin “Mançester Yunayted” müdaxilə edib buna mane ola bilər.

Seçilən
80
publika.az

1Mənbələr