Bakı. Trend:
Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajıbütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acınəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcəknəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühümdərs olmalıdır.
Trend xəbər verir ki, bufikirlər Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernikamükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “30 ilə yaxın müddətərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları iləüzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşıanlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunuöyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünkimüstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq”.