Televiziya layihəsi "Eşref Rüya" heyətini genişləndirməyə davam edir. Seriala bu dəfə tanınmış aktyor Özgür Meriç qoşulub.
Far.Az xəbər verir ki, o, ekran işində "Dodo" adlı obrazı canlandıracaq və süjetə yeni dinamika qatacağı gözlənilir.
Qeyd edək ki, serialın əsas rollarını Demet Özdemir və Çağatay Ulusoy ifa edir.