AZ

Qiymət artımına etiraz etdilər: Acgöz alçaqlar, bəsdir!

“Liverpul” azarkeşləri Premyer Liqada “Kristal Palas” üzərində 3-1 hesablı qələbə qazandıqları oyunda bilet qiymətlərinin artırılmasına etiraz olaraq sarı vərəqələr göstəriblər.

Publika.az xəbər verir ki, “Enfild” stadionundakı dörd tribunanın hamısı azarkeş qrupları tərəfindən təşkil edilən etiraz aksiyasında iştirak edib. “The Athletic” qəzetinin məlumatına görə, azarkeşlər “Acgöz alçaqlar, bəsdir” şüarları səsləndiriblər.

Ötən ay klubun amerikalı sahibləri olan “Fenway Sports Group”, gələn mövsümdən etibarən bilet qiymətlərini 3% artırmağı və 2027-28 və 2028-29 mövsümlərində inflyasiya ilə əlaqəli qiymətlərin daha da artacağını açıqladı.

“Kristal Pelas”la oyundan əvvəl “Liverpul” Azarkeşlər Şurası FSG-dən qiymət artımlarını yenidən nəzərdən keçirməsini tələb etdi. 13-cü dəqiqə etiraz üçün seçildi, çünki mövsümdə maksimum 5% ilə məhdudlaşdırılan inflyasiya artımı nəzəri olaraq üç il ərzində bilet qiymətlərinin 13% artmasına səbəb ola bilər.

75.000 sarı vərəqə çap olunaraq həm stadionda, həm də yaxınlıqdakı pab və kafelərdə paylanılıb.

Seçilən
73
publika.az

1Mənbələr