AZ

Gübrə təchizatındakı fasilələr qlobal humanitar fəlakətə səbəb olur BMT

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Hörmüz boğazının bağlanması ilə əlaqədar olaraq, BMT-nin Layihə Xidmətləri Ofisi gübrə təchizatında fasilələrin qlobal humanitar fəlakətə səbəb olacağı barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Agentliyin icraçı direktoru Xorxe Moreyra da Silva xəbərdarlıq edib ki, dəniz nəqliyyatında davam edən fasilələr milyonlarla insanı aclıq həddinə çatdıra bilər.

O, xammalın və gübrələrin qiymətlərinin rekord səviyyəyə qalxdığını və bunun təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək üçün təcili diplomatik tədbirlərin görülməsini tələb etdiyini vurğulayıb.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
bakivaxti.az

2Mənbələr