AZ

İsrail ordusu Nəbatiyyəyə hücum etdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Nəbatiyyə əyalətində şiə təşkilatı "Hizbullah"a məxsus hərbi hədəflərə raket zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat verib.

Qeyd olunub ki, Əli-Taher yüksəkliklərinə və Zutar əl-Şərqiyyə kəndinin kənarlarına hava hücumları həyata keçirilib. Hava hücumlarının nəticələri barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, hücumlar İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livandakı "Hizbullah" hədəflərinə qarşı güclü zərbələr endirməyi əmr etdikdən sonra başlayıb.

Seçilən
57
9
publika.az

10Mənbələr