AZ

Bianka pəhrizsiz 40 kiloqram arıqladı

Məşhur müğənni Bianka maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, "Cosmo Night" konserti zamanı jurnalistlərə verdiyi açıqlamada 40 kiloqram arıqlamasının sirrini açıb. O, bunun üçün pəhriz saxlamadığını deyib. Bianka ideal bədən quruluşunu sadəcə idmanla qoruduğunu söyləyib. Müğənninin sözlərinə görə, o, enerjili qalmaq üçün müəlicəvi iynələr vurdurub.

"Özümə peptidlər vurmağa başladım. Yeri gəlmişkən, onlar dəmir çatışmazlığını aradan qaldırır ki, bu da özünü enerjisiz hiss edənlərə kömək edə bilir. Hər gün dörd saat idman zalında oluram, rəqslə məşqlərlə vaxt keçirirəm. Mən sadəcə hər gün nəsə bir şey edirəm", - sənətçi sirrini paylaşıb.

Seçilən
44
publika.az

1Mənbələr