AZ

“Qarabağ”ın yaxşı oynamaq, nəticə qazanmaq potensialı var”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ” bu gün Avropa Liqasında Liqa mərhələsinin III turunda “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Qarabağ” üçün ağır oyun olacaq. Çünki Avropa Liqasında asan rəqib yoxdur. Bugünkü matçda da hər nəticə ola bilər. “Qarabağ”ın Avropa klublarından büdcəsi aşağı olmasına, zəif çempionatda çıxış etməsinə baxmayaraq, komandanın hər rəqibə qarşı yaxşı oynamaq, nəticə qazanmaq potensialı var. Buna baxmayaraq, görüşün favoriti “Ayaks”dır”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
futbolpress.az

1Mənbələr