İndi isə Murad Musayevin çalışdırdığı “Krasnodar” Rusiyada çempionluğun biraddımlığındadı, “Sabah” da burda. “Bayquşlar”ın ilk çempionluğu ölkə kubokunun mayın 13-nə nəzərdə tutulan finalına qədər rəsmiləşə bilər. “Krasnodar” isə Rusiya çempionatında mayın 11-də də meydana çıxacaq, 17-də də.
Bəs “Sabah” rəhbərliyinin Musayevi kubokun finalına dəvət etmək planı varmı? Klubun mətbuat katibi Elnur Həmidovun “Football-plus.az”a cavabı:
“Murad Musayev "Sabah"ın tarixində iz qoymuş mütəxəssisdi. Bakıya gələndə də fürsət düşdükcə klubu ziyarət edir. Bildiyiniz kimi, Murad Musayev hazırda “Krasnodar”da çalışır, bu komanda ilə çempionluq uğrunda mübarizə aparır. Həmin ərəfədə oyunları olmasa belə, klubun müəyyən hazırlıq qrafiki var və işlər bu qrafikə uyğun həyata keçirilir. Buna görə onun final oyununda qonaq qismində iştirak edib-etməyəcəyi barədə indidən nəsə demək çətindi”.
MÜZƏFFƏR QULUZADƏ