Bakıda 9-cu siniflərin buraxılış imtahanı zamanı insident yaşanıb. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.
“Cebheinfo.az” xəbər verir ki, paytaxtdakı 10 nömrəli tam orta məktəbdə imtahan zamanı şagirdlərdən (qız) birinin halı qəfil pisləşib. Hadisə ilə əlaqədar məktəbə təcili tibbi yardım briqadası cəlb olunub. Şagird imtahan zalından çıxarılaraq həkimlərin nəzarətinə verilib. Ona yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti nəzarətə götürülüb.


“Cebheinfo.az”