AZ

"Bu gecə zalda atəş açılacaq" - Levit Trampla şam yeməyindən əvvəl

ABŞ Prezidentinin mətbuat katibi Karolin Levitt Donald Trampın iştirak etdiyi tədbirdən əvvəl verdiyi bəyanatla diqqət mərkəzinə düşüb.

Redaktor.az xəbər verir ki, bildirilib ki, Levit Trampın jurnalistlərlə şam yeməyindəki çıxışını elan edərkən maraqlı ifadələr işlədib. O, çıxışın klassik Amerika prezidentlik üslubunda olacağını qeyd edərək, gözlənilməz proqnoz verib.

Qeyd olunub ki, mətbuat katibi müxbirə açıqlamasında bu sözləri deyib: "Bu çıxış gülməli, maraqlı olacaq, bu gecə otaqda atəş səsləri eşidiləcək, ona görə də hər kəs qulaq asmalıdır, bu, xüsusi bir şey olacaq. Bunu eşitməyi səbirsizliklə gözləyirəm".

Məlumata görə, aprelin 25-i axşamı Trampın Ağ Ev müxbirləri ilə qala şam yeməyi keçirdiyi Vaşinqton Hilton Otelinin bal zalında həqiqətən də silahlı insident baş verib.

Açıqlamada qeyd edilib ki, atışma zamanı Məxfi Xidmət agenti yüngül yaralanıb. Hadisə nəticəsində Donald Tramp və digər yüksək vəzifəli qonaqlar təcili olaraq ərazidən təxliyə ediliblər.

Bildirilib ki, atəş açan şəxs hadisə yerindəcə saxlanılıb. Levitin "atəş səsləri eşidiləcək" ifadəsinin bu insidentlə üst-üstə düşməsi sosial mediada və mətbuatda onun "uzaqgörənliyi" kimi şərh edilib.

Aminə ŞAHSUVARQIZI

 

 

Seçilən
48
10
redaktor.az

10Mənbələr