AZ

Abbas Əraqçi yenidən Pakistana səfər edəcək

BAKI, 26 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçinin Oman səfərindən sonra və Rusiyaya yollanmazdan əvvəl yenidən Pakistana səfər edəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, A.Əraqçi şənbə günü İslamabadı tərk edib.

Qeyd edək ki, İranın XİN rəhbərinin diplomatik tur çərçivəsində növbəti dayanacağının Rusiya olacağı planlaşdırılır.

Seçilən
15
teleqraf.com

1Mənbələr