AZ

Çernobılda baş verənlər insan şüurunun faciə qarşısında acizliyi idi - Mirhəsən Həsənov

Bakı. Trend:

1986-cı il 26 aprel tarixində baş verən Çernobıl nüvə qəzasıbəşər tarixinin ən ağır texnogen fəlakətlərindən biri kimi yaddaqalıb. Hadisənin nəticələri yalnız partlayışla məhdudlaşmayaraq,uzun illər insan sağlamlığına, ətraf mühitə və sosial həyata cidditəsirlər göstərib. Qəza sonrası ilk saatlarda həyata keçirilənxilasetmə və yanğının söndürülməsi işlərində iştirak edəninsanların göstərdiyi fədakarlıq isə bu faciənin ən dramatik vəeyni zamanda qəhrəmanlıq dolu səhifələrini təşkil edir. Çernobılqəzasının nəticələrinin aradan qaldırılması prosesindəazərbaycanlılar da yaxından iştirak edib, böyük fədakarlıqlargöstərib. Belə ki, həmin vaxt qəza yerinə 8500 azərbaycanlı cəlbedilib.

TrendÇernobıl hadisəsinin nəticələrinin aradan qaldırılması,zərərçəkənlərin vəziyyəti və onların hüquqlarının təmin olunmasıistiqamətində görülən tədbirlərlə bağlı "Çernobıl Əlilləriİttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənovla müsahibənitəqdim edir.

Partlayış zamanı və ondansonrakı mərhələdə vəziyyətin qarşısını almaq üçün əvvəlki illərdənəzərdə tutulmuş heç bir üsul praktikada özünüdoğrultmadı

Mirhəsən Həsənovun sözlərinə görə, 1986-cı ilin 26 aprelində başvermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə ilkinolaraq hərbçilər cəlb olunub:

"Partlayışdan sonra yaranan yanğının söndürülməsi üçün hadisəyerinə ilk olaraq yanğınsöndürənlər gəlmişdi. Onlar yanğınınsöndürülməsi prosesində böyük qəhrəmanlıq və fədakarlıqgöstərmişdilər. Nəticə etibarilə istənilən səviyyədə uğur əldəolunmasa da, onların göstərdiyi cəsarət və fədakarlıq danılmazdır.Ümumiyyətlə, partlayış zamanı və ondan sonrakı mərhələdə vəziyyətinqarşısını almaq üçün əvvəlki illərdə nəzərdə tutulmuş heç bir üsulpraktikada özünü doğrultmadı. Verilmiş təlimatların heç birigözlənilən nəticəni vermədi.

Yanğınsöndürənlərdən sonra əraziyə xüsusi robotlar göndərildi.Lakin bu robotlar yüksək radiasiya və istiliyə davam gətirəbilmədiyi üçün qısa müddətdə sıradan çıxdı. Bu səbəbdən insanqüvvəsinin rolu daha da vacib oldu.

Tədbirlər planlı şəkildə deyil, daha çox pərakəndəformada həyata keçirilirdi

Beləliklə, yanğınsöndürənlərdən sonra hadisə yerinə hərbçilərcəlb olundu. Hərbi xidmətdə olan əsgər və zabit heyəti, eləcə dəmüxtəlif təyinatlı hərbi hissələr həmin əraziyə yönləndirildi.Partlayışın baş verdiyi ərazidə ilkin olaraq görülməli olantədbirlər planlı şəkildə deyil, daha çox pərakəndə formada həyatakeçirilirdi.

İlk növbədə əhalinin evakuasiyası məsələsi həll olunmalı idi.Bildiyiniz kimi, Pripyat şəhəri yeni salınmışdı və burada 50 mindənçox insan məskunlaşmışdı. Həmin ərazidə çalışan işçilər və onlarınailələri də daxil olmaqla, geniş əhali kütləsi yaşayırdı.Partlayışdan sonrakı mərhələdə evakuasiya işlərini də məhzhərbçilər həyata keçirdi".

Avropada radiasiya fonunun yüksəlməsi ilə Sovetrəhbərliyi açıqlama verməyə məcbur oldu

O qeyd edib ki, hadisə yerinə cəlb olunanlara əvvəlcədən heç birməlumat verilməyib:

"Hadisə yerinə cəlb edilən hərbçilər, yəni Çernobıl qəzasınınnəticələrinin aradan qaldırılmasına göndərilən şəxslər — haragetdiklərini və qarşılaşacaqları təhlükəni tam şəkildə bilmirdilər.Ola bilsin ki, zabit heyəti müəyyən qədər məlumatlı idi, lakinəsgərlərin demək olar ki, heç bir məlumatı yox idi. Bildiyinizkimi, Çernobıl hadisəsi uzun müddət məxfi saxlanılıb və bu gün beləhəmin dövrə aid bəzi məqamlar tam açıqlanmayıb.

İllər keçdikcə yeni faktların və gizli qalan məqamların üzəçıxacağı ehtimal olunur. O dövrdə Sovet İttifaqı rəhbərliyipartlayış və onun nəticələri ilə bağlı məlumatları mümkün qədərgizli saxlamağa çalışırdı. Lakin bu mümkün olmadı. Çünki Avropadaradiasiya fonunun yüksəlməsi qeydə alındı və xüsusilə İsveç kimiölkələrdə aparılan ölçmələr nəticəsində baş verən hadisəmüəyyənləşdirilərək ictimaiyyətə açıqlandı. Bundan sonra Sovetrəhbərliyi də rəsmi açıqlama verməyə məcbur oldu".

Mirhəsən Həsənov bildirib ki, oraya göndərilənlər səfərbərlikelan edilmədən, konkret göstərişlər əsasında cəlb olunublar:

"Hadisə yerində insanlar müxtəlif işlərə yönləndirilirdi. Əsasməsələ yanğının söndürülməsi idi. Yanğın söndürüldükdən sonra isəəsas diqqət partlayışın episentrinin lokallaşdırılmasına yönəldi.Bildiyiniz kimi, partlayış zamanı ətrafa təxminən 8 ton radioaktivmaddə yayılmışdı. Bu, RBMK tipli atom elektrik stansiyasınınkonstruktiv çatışmazlıqlarının nəticəsi idi. Qəza baş verdiyi haldabu cür vəziyyətlərin qarşısını almaq üçün sistemlərin avtomatiktənzimlənməsi nəzərdə tutulsa da, praktikada bu mexanizmlərişləmədi. Nəticədə lokallaşdırma prosesi ciddi çətinliklərləmüşayiət olundu. Elm adamlarının illərlə irəli sürdüyü nəzəriyanaşmalardan fərqli olaraq, reallıq tam başqa mənzərə ortayaqoydu. Partlayış zamanı ətrafa yayılan radioaktiv maddələrin birhissəsi 3-cü blokun üzərinə düşmüşdü və bu blokun da çökmə, həttayeni partlayış riski mövcud idi.

Bu təhlükənin qarşısını almaq üçün əsgərlər növbəli şəkildə,təxminən üç dəqiqəlik rejimlə dam örtüyünə qalxır və oradatoplanmış radioaktiv qalıqları təmizləyirdilər. Bu işə xeyli saydahərbçi cəlb olunmuşdu. Onlar cəmi bir neçə dəqiqə həmin ərazidəqaldıqdan sonra gün ərzində istirahətə buraxılırdı. Çünki olduqlarımühitdə radiasiya səviyyəsi son dərəcə yüksək idi və bu, qısamüddət ərzində belə onların sağlamlığına ciddi təsirgöstərirdi".

Həyəcan siqnalı ilə yerimizdən qaldırılıb birbaşahadisə yerinə göndərildik

Onun sözlərinə görə, əhali köçürüldükdən sonra geriqayıdacaqlarına inanırdılar:

"İnsanlar evlərindən heç nə götürmədən, yalnız əyinlərində olanpaltarlarla çıxmışdılar. Onlara qəzanın nəticələri aradanqaldırıldıqdan sonra yenidən evlərinə qayıdacaqları deyilmişdi.

Həmin dövrdə təkcə Ukrayna ərazisindən söhbət getmirdi. Otuzkilometrlik zona Belarus ərazisini də əhatə edirdi. Belarusun birsıra bölgələri ciddi radioaktiv çirklənməyə məruz qalmışdı. Çünkikülək həmin vaxt Belarus istiqamətində əsdiyindən radioaktivmaddələri də həmin ərazilərə yaymışdı. Bütün bu ərazilərin nəzarətaltına alınması işlərini də məhz hərbçilər həyata keçirirdi.Əhalinin köçürülməsi mərhələsində qarşılaşdığımız mənzərə bizimüçün gözlənilməz idi. Hadisənin məxfi saxlanılması səbəbindən,əhali kimi bizə də buradan yalnız qısa müddətlikuzaqlaşdırıldığımız deyilmişdi.

Mən o zaman 18 yaşımda idim. Minskdə daxili qoşunlarda hərbixidmətdə olurdum. Həyəcan siqnalı ilə yerimizdən qaldırılıb birbaşahadisə yerinə göndərildik. Ora yaxınlaşdıqca yolboyu postlargörürdük. Xüsusi geyimli kimyaçı mütəxəssislər xüsusi cihazlarlanəqliyyat vasitələrini yoxlayır, əraziyə daxil olanları vəçıxanları müəyyən prosedurlardan keçirirdilər. Guya xüsusimaddələrlə dezinfeksiya aparılırdı, lakin bu üsullar da özünüdoğrultmadı. Görülən tədbirlərin nə dərəcədə effektiv olduğu hələdə sual altındadır. Hər birimizin üzərində dozimetr var idi, lakinhəmin cihazlar da dəqiq ölçmə aparmırdı. O dövr üçün ən müasirhesab edilən ölçü cihazı dördüncü blokun ətrafına yerləşdirilmişdi,lakin o da qısa müddətdə sıradan çıxdı. Nəticədə ərazidəkiradiasiya səviyyəsini dəqiq müəyyənləşdirmək mümkün olmurdu".

Pəncərəni bağlayın, bura sizin üçün Şuşadeyil

Mirhəsən Həsənov vurğulayıb ki, hadisə yerinə göndərilənəsgərlərə heç bir məlumat verilməyib:

"Biz əraziyə avtobuslarla daxil olduq. Mən pəncərəni açıb bayırabaxmaq istəyəndə zabitlərdən biri “pəncərəni bağlayın, Həsənov,bura sizin üçün Şuşa deyil”, - dedi. Yəni, bizə heç bir məlumatverilmir, hara və nə üçün gəldiyimizi bilmirdik. Qəsəbələrin hamısıboşaldılmışdı. Əvvəl elə düşünürdük ki, sakinlər geri qayıdacaqlar.Bizə ilkin olaraq ərazinin qorunması tapşırılmışdı. Çünkiinsanların evlərinə qayıdacağı ehtimal edilirdi. Partlayış başverən əraziyə vertolyotlarla qum və müxtəlif maddələrdən ibarətqarışıqlar tökülürdü, lakin bu da istənilən nəticəni vermirdi.Çünki həmin maddələr hədəfə çatmırdı. Ərazidə temperatur o qədəryüksək idi ki, tökülən materiallar təsirini itirirdi".

Qəzanın nəticələrinin aradan qaldırılması prosesinə650 mindən çox insan cəlb edilib

Mirhəsən Həsənov deyib ki, 1986-cı ilin 26 aprelində baş vermişqəzanın nəticələrinin aradan qaldırılması prosesində mühümmərhələlərdən biri sarkofaqın inşa edilməsi olub:

"Sarkofaqın inşası 30 noyabr tarixinə təsadüf etdi. Bu prosesəümumilikdə 650 mindən çox insan cəlb olunmuşdu. 14 dekabr isəSarkofaqın istismara qəbul edildiyi gün kimi “Çernobılçılar”tərəfindən qeyri-rəsmi şəkildə qeyd olunurdu.

Orada olduğumuz müddət ərzində radiasiya haqqında heç birməlumatımız yox idi. Hər şey məxfi saxlanılırdı. Ərazidə isə çoxgözəl meyvələr vardı. Çiyələk demək olar ki, alma boyda idi. Bizelə bilirdik ki, bura dünyanın ən gözəl yerlərindən biridir. Oradasudan və meyvələrdən rahatlıqla istifadə edirdik. Heç kim bununqadağan olduğunu demirdi. Psixoloji gərginlik və çaxnaşma olmasındeyə bizə heç bir məlumat verilmirdi. Nəticədə isə biz mutasiyayauğramış meyvələrdən yeyir, sudan isə çəkinmədən içirdik".

Baş verənlər insan şüurunun faciə qarşısındaacizliyi idi

Onun sözlərinə görə, əvvəlcə evlər dezinfeksiya edilib, sonraisə torpağı qazaraq dərinliyə baxılıb:

"Məlum oldu ki, beş-altı metr dərinlikdə radiasiya fonu yerinüstündəkindən qat-qat artıqdır. Bilinən heç bir üsul, metod,təlimat işə yaramırdı. Bu baş verənlər insan şüurunun belə birfaciə qarşısında nə qədər aciz qala bildiyinin bariz nümunəsi idi.Qəzanın nəticələrinin aradan qaldırılması prosesi aylarla davametsə də, bəşəriyyət üçün daha böyük bir faciənin qarşısı alındı.Əgər o vaxt bu addımlar atılmasaydı, nəinki Avropa, həttaAzərbaycan da bu fəlakətdən kənarda qala bilməzdi".

Çernobıl qəzasının nəticələrinin aradanqaldırılmasında 8500 nəfərdən çox Azərbaycanlı iştirakedib

Mirhəsən Həsənov qeyd edib ki, Çernobıl qəzasının nəticələrininaradan qaldırılması prosesində iştirak edənlərin ən böyükproblemlərindən biri məxfilik məsələsi olub. Onun sözlərinə görə,qəzadan sonra uzun müddət – təxminən dörd il ərzində bu şəxslərfaktiki olaraq nəzarətsiz qalıb:

"Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştiraketmiş azərbaycanlıların sayı 8500 nəfərdən çox olub. Bilirsiniz,orada heç kimə nə xüsusi qoruyucu geyim, nə də müvafiq vasitələrverilirdi. Biz adi hərbi geyimdə idik və radiasiyanın birbaşatəsiri altında qalırdıq. Çernobıla gedənlərin çoxu sağlam şəkildəgeri qayıda bilmədi. Bir müddət sonra bizdə psixoloji vəziyyətgetdikcə gərginləşməyə başladı. Çünki artıq evlərin və əşyalarındağıdılması, yandırılması ilə bağlı əmrlər verilmişdi. Gedənlərgeri qayıtmırdı. Gözümüz hər yerdə insan axtarırdı. Artıqanlayırdıq ki, vəziyyət çox ciddidir və bizə deyilənlər həqiqətiəks etdirmir. Bilirdik ki, gedənlər qayıtmayacaqlar. Əhali ətrafkəndlərdən gəlib əşyalarını götürməyə çalışırdı, lakin buna icazəverilmirdi. Biz isə öz-özümüzə sual verirdik: əgər bura insanburaxılmırsa, biz burada qalırıqsa, deməli biz insan deyilik?"

Psixoloji gərginliyə dözməyən əsgərlər özlərinə qəsdedirdilər

Mirhəsən Həsənov oradakı əsgərlərin psixoloji vəziyyəti barədədə danışıb:

"Psixoloji gərginlik o həddə çatmışdı ki, bəzən əsgərlərözlərinə qəsd edirdilər. Neçəsini meşədə asılmış vəziyyətdətapırdıq. Bir dəfə səhər üzümüzü yuyarkən tacik əsgərlərdən biriüzünə su vurduqda alnının dərisi qopub sallandı. Təsəvvüredirsinizmi? Onu o vəziyyətdə görmək bizim üçün nə demək idi... Onugötürüb apardılar və bir daha geri qayıtmadı. Taleyindən heç vaxtxəbər tutmadıq. Ümumiyyətlə, ayda bir neçə dəfə laborator analizlərgötürülürdü. Analizlərdən sonra isə bəzi əsgərlər yoxa çıxırdı.Deyirdilər ki, guya başqa batalyona göndəriliblər. Amma onları kim,hara aparırdı? Başlarına nə gəlirdi? Bu günə qədər də bu suallarıncavabı yoxdur".

Oradan sağ çıxmağa ümidimiz yoxidi

O bildirib ki, heç kimin o ərazidən sağ çıxacağına, geriqayıdacağına dair ümidi yox idi:

"Sonrakı mərhələlərdə bizə təqvim tipli broşürlər paylanırdı.Orada sanki bizim sonumuzun necə olacağı göstərilirdi. “Ailə qurabilməzsiniz” kimi qeydlər yazılmışdı. Mutasiyaya uğramış fotolar,uşaqların şəkilləri və müxtəlif xəstəliklər barədə məlumatlarverilirdi. Bu isə bizdə psixoloji gərginliyi daha da artırırdı.
Bu materialları kimin hazırladığını bilmirdik. Oradan sağçıxacağımıza ümidimiz getdikcə azalırdı. Yatanda da, duranda dayalnız ölüm haqqında düşünürdük. Oturduğumuz yerdə belə bəzilərihuşunu itirir, özündən gedirdi. O dövrün ən ağır tərəfi təkcə ağıriş şəraiti deyil, həm də bu dərin psixoloji sarsıntı idi.
Oraya cəlb olunanlar arasında azərbaycanlılar, taciklər, özbəklər,Qafqaz xalqları və müsəlmanlar da var idi. Hətta rüsumla orayagöndərilən azərbaycanlılar da olmuşdu. Bəzilərini isə zorlaaparmışdılar. Kimsə ağrısından şikayət edəndə tibbi məntəqədə bizəsadəcə bir ovuc tabletka verilir və bir stəkan su ilə içməyə məcburedilirdik. Dərmanların qəbulu qaydası belə izah olunmurdu. Oradabir il altı ay qaldım. Son aylarda xəstələndim. Məni tərxis etməkistəyirdilər, amma razılaşmadım. Çünki yarımçıq qayıdanlara yaxşıbaxılmırdı. Hərbi xidmət müddətim bitənə qədər orada qaldım".

Mirhəsən Həsənovun sözlərinə görə, oradan çıxdıqdan sonra dördil bu hadisənin gizli saxlanılması səbəbindən çox adam dünyasınıdəyişib:

"Biz həkimə müraciət edirdik, amma xəstələr qeydə alınmırdı,“sağlam” kimi yazılırdı. Sonradan biz küçələrə çıxaraq mübarizəyəbaşladıq. 1990-cı ildə “Azərbaycan Çernobıl İttifaqı” adlı birtəşkilat yaratdıq. Nazirlər Kabinetinə müvafiq layihə təqdim etdikvə bu layihə sosial hüquqlarımızla bağlı olaraq qəbul edildi.
1990-cı ildə ikinci layihəni də hazırlayıb təqdim etdik. Bizsağlamlığımıza dəyən ziyanın dövlət tərəfindən tanınmasını və qayğıilə əhatə olunmasını istəyirdik.

Təsəvvür edin ki, bununla bağlı bir komissiya mövcud idi vəKiyevdə yerləşirdi. Həmin komissiya ildə cəmi bir dəfə toplanır vəxəstəliklərə rəy verirdi. 650 mindən çox insan qəzanınnəticələrinin aradan qaldırılması proseslərinə cəlb olunmuşdu,lakin komissiya ildə yalnız bir dəfə toplandığı üçün bir çoxinsanlar növbədə saxlanılırdı. Bu isə ciddi süründürməçilikyaradırdı".

Prezident İlham Əliyevin “müharibə əlillərinəAzərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsihaqqında” Fərmanı Çernobıl əlillərinə də şamiledildi

O qeyd edib ki, Çernobıl faciəsinin nəticələrinin aradanqaldırılmasında iştirak edən 4 mindən çox azərbaycanlı və onlarınövladları həyatını itirib. Eyni zamanda, həmin iştirakçılarınövladları arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər dəvar:

"Hazırda Azərbaycanda Çernobıl qəzasının nəticələrinin aradanqaldırılması prosesinə cəlb olunan və zərər görən təxminən 3 900nəfər yaşayır. Onların içərisində birbaşa hadisə episentrində olmuş2 100-dən çox şəxs də mövcuddur.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətəgəlməsindən sonra Azərbaycanda Çernobıl qəzasının nəticələrininaradan qaldırılması ilə bağlı iştirak etmiş şəxslərin və zərərçəkənvətəndaşların statusu və sosial müdafiəsini nəzərdə tutan qanunqəbul edildi və Ulu Öndər tərəfindən imzalandı.

Sonrakı illərdə sosial yönümlü qanunvericilik aktlarındaÇernobıl əlilləri üçün xüsusi güzəştlərin tətbiqi də öz həllinitapdı. 2008-ci ildə Prezident İlham Əliyev “müharibə əlillərinəAzərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsihaqqında” Fərman imzaladı və bu qərar Çernobıl əlillərinə də şamilolundu. Bu addımlar nəticəsində onların sosial təminatında və həyatşəraitində mühüm müsbət dəyişikliklər baş verdi. Çernobılfaciəsinin nəticələri yalnız iştirakçıların öz həyatı iləməhdudlaşmadı, onların övladlarında da ciddi sağlamlıq problemlərimüşahidə olundu, bəziləri isə həyatını itirdi. Hazırda da həminailələrin bir hissəsi bu ağır mirasın təsirini yaşamaqda davamedir".

450 nəfər mənzillə təmin edilib

Mirhəsən Həsənov bildirib ki, indiyədək Prezident İlham Əliyevinmüvafiq Fərmanları əsasında 450 nəfər mənzillə təmin edilib:

"Çernobıl əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasıistiqamətində işlərin böyük hissəsi, təxminən 90 faizi həyatakeçirilib. Ümumilikdə, Azərbaycanda Çernobıl əlillərinin hüquqlarıdövlət tərəfindən qorunur və bu sahədə göstərilən diqqət bir çoxpostsovet ölkələri ilə müqayisədə daha geniş qiymətləndirilir".

Seçilən
95
19
az.trend.az

10Mənbələr