AZ

Beynəlxalq xəbərlərin XRONİKASI

Aprelin 26-sı səhər saatlarına olan əsas beynəlxalq xəbərlər açıqlanıb.

Bizim.Media xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçinin Omandan yenidən Pakistana qayıtması, daha sonra isə Rusiyaya səfər etməsi planlaşdırılır.

İran mediasının məlumatına görə, naziri müşayiət edən heyətin bəzi üzvləri məsləhətləşmələr üçün Tehrana qayıdıblar.
 

Bildirilir ki, ABŞ-la növbəti danışıqlar raundunun başlanması üçün çərçivə sazişi artıq müzakirə olunur. Danışıqların əsas mövzusu Hörmüz boğazı və dəniz blokadasının aradan qaldırılmasıdır. Bundan sonra İranın nüvə proqramı ilə bağlı əlavə müzakirələrin aparılacağı gözlənilir.


ABŞ-da isə Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda baş verən atışma diqqət mərkəzindədir. Hadisə Vaşinqtondakı “Washington Hilton” otelində qeydə alınıb. Qeyd edilir ki, 1981-ci ildə ABŞ Prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdi də məhz bu otelin qarşısında baş vermişdi. 45 ildən sonra “Hilton” yenidən Amerika liderinin iştirakı ilə təhlükəsizlik insidentinin yaşandığı məkan olub.

İsrail ordusu Cənubi Livan boyunca “Hizbullah”ın hərbi infrastrukturuna hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hədəfə alınan obyektlər İsrail hərbçilərinə və ölkə ərazisinə hücumların təşkili üçün istifadə olunub.
 

İranın xarici işlər naziri Abbas Əraqçi Misir və Türkiyədən olan həmkarları Bədr Abdel Ati və Hakan Fidanla ayrı-ayrılıqda telefon danışığı aparıb. Görüşlərdə Vaşinqtonla Tehran arasında atəşkəs məsələləri, eləcə də regiondakı son proseslər müzakirə olunub.


Kolumbiyada törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 38-dən çox insan, o cümlədən azyaşlılar yaralanıb. İlkin məlumata görə, silahlılar ölkənin cənub-qərbində, Kauka departamentində magistral yolla hərəkət edən sərnişin avtobusuna partlayıcı qurğu atıblar.

Kolumbiya hakimiyyəti hücumda ləğv edilmiş FARC qiyamçı qruplaşmasının keçmiş üzvlərini ittiham edir.

Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr