AZ

Prezident Trampa qarşı sui-qəsd: Atəş açıldı, partlayışlar baş verdi –FOTO

ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.

Canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.

Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan şəxs saxlanılıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Biz Gizli Xidmətdən atəş açan şəxsin saxlanıldığını eşitdik”, – məlumatda deyilir.

 

“Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb”.

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

“Birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms DEvid Vens və Nazirlər Kabinetinin bütün üzvləri mükəmməl vəziyyətdədirlər”, – Tramp yazıb.

 

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Bu barədə “New York Post” qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində məlumat verib.

“Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb”, – o yazıb.

“Axios” şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında həmin şəxsin fotosunu yayıb.

ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.

Bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

“Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq”, – Pirro bildirib .

AzPost.az

Seçilən
54
7
azpost.info

10Mənbələr