ABŞ-li milyonçu, 75 yaşlı Erni Dosio Afrikada ov zamanı faciəvi şəkildə həyatını itirib.
Musavat.com xəbər verir ki, hadisə Qabon ərazisində baş verib.
Dosio antilop ovuna çıxarkən sıx meşəlikdə qəfil fil sürüsü ilə üz-üzə gəlib.
Məlumata görə, heyvanlar balalarını qorumaq üçün dərhal hücuma keçiblər. Nəticədə milyonçu hadisə yerində ölüb, onu müşayiət edən bələdçi isə ağır xəsarətlər alıb.
Qeyd olunur ki, Qabonda yaşayan meşə filləri sıx cəngəllik şəraitində qəfil ortaya çıxa bildiyi üçün bu cür hadisələr nadir sayılmır və olduqca təhlükəli hesab olunur.
Musavat.com