AZ

Fransa PUA lara görə Rafale ni təkmilləşdirir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransa pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün “Rafale” qırıcı təyyarələri üçün bir neçə təkmilləşdirmə hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Fransa Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi general Jerom Bellanger məlumat verib.

"Məqsəd “Rafale”ni daha ucuz sistemlərlə təchiz etməkdir. Bir seçim onun bu cür hədəfləri vurmaq üçün uyğunlaşdırmaqdır", - deyə o bildirib.

General həmçinin PUA-larla mübarizə aparmaq üçün lazerlə idarə olunan raketlərdən istifadəni də istisna etməyib.

O qeyd edib ki, Fransa hazırda dronları zərərsizləşdirmək üçün bahalı “Mica” raketlərindən istifadə edir. Hər bir sursatın qiyməti 600 min avrodur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
axar.az

1Mənbələr