AZ

Zelenski: Kiprdə Ukraynanın Aİ yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiprdə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar klasterlərinin artıq 2026-cı ildə blokdan çıxarılması barədə razılıq əldə edilib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, Kiprdə Aİ liderləri ilə qeyri-rəsmi görüşün yekunlarına əsasən məlumat yayıb.

"Tərəfdaşlarla razılığa gəldim ki, 2026-cı ildə bütün klasterləri açaq. Yeni çağırışlar olmazsa, biz bunu yaxın aylarda etmək üçün hər şeyi edəcəyik. O ki qaldı fast-trekə və ya Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyünün digər yollarla sürətləndirilməsinə, Avropada fərqli fikirlər var. Ümumi olan bir şey var: hamı başa düşür ki, Ukrayna bu statusu mümkün qədər tez almalıdır", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, hazırda həm Ukraynanın, həm də Aİ-nin bir-birinə ehtiyacı var.

"Hazırda elə bir geosiyasi vəziyyətdəyik ki, bizim Aİ-yə ehtiyacımız var və birliyin də Ukraynaya çox ehtiyacı var. Buna görə də biz prosesi sürətləndirməliyik. Nəinki Kiyev, Avropa ölkələri də Ukraynanın daxil olmasını sürətləndirmək üçün hər şeyi etməlidirlər", - o bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr