AZ

Viktor Orban İSTEFA VERDİ

Macarıstanın Baş naziri Viktor Orban parlamentdəki deputat mandatından imtina etdiyini, lakin müxalifətə keçən "FİDES — Macarıstan Vətəndaş İttifaqı" partiyasının lideri kimi qalacağını elan edib.

Publika.az xəbər verir ki, siyasətçi video müraciətində FİDES və Xristian-Demokrat Xalq Partiyası koalisiyasının siyahısı üzrə aldığı mandatdan partiyanın yenidən təşkili naminə imtina etdiyini bildirib.

Hazırda parlamentdə deyil, milli partiya hərəkatının bərpası üçün kənarda daha çox ehtiyac duyulduğunu vurğulayan Orban, partiya rəhbərliyinin onun sədrlik fəaliyyətini davam etdirməsi təklifini qəbul etdiyini deyib.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası böyük fərqlə qalib gələrək konstitusiya çoxluğunu əldə edib.

Seçilən
14
publika.az

1Mənbələr