Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hətta ulduzların da maliyyə dünyasına təsiri olduğu üzə çıxıb. Belə ki, "Forbes" jurnalının 2026-cı il üçün hazırladığı milyarderlər siyahısı üzərində aparılan araşdırma maraqlı nəticələr üzə çıxarıb. "Trusted Psychics" platformasının ekspertləri dünyanın ən varlı 150 şəxsini analiz edərək hansı bürclərin daha çox sərvət topladığını müəyyənləşdiriblər.Demokrat.az xəbər verir ki, siyahıda Tərəzi bürcləri mütləq üstünlüklə liderlik edir. Araşdırmaya görə, ən zəngin insanlar arasında 22 nəfər məhz bu bürcün nümayəndəsidir. Onların ümumi sərvəti 881,7 milyard dollar təşkil edir. Elis Uolton və Ken Qriffin kimi tanınmış milyarderlərin də təmsil olunduğu bu bürcün sahiblərinin varlanma şansı digərləri ilə müqayisədə 38 faiz daha çoxdur. Mütəxəssislər bunu Tərəzilərin strateji zəkası, geniş əlaqə qurmaq qabiliyyəti və düzgün risk idarəetməsi ilə əlaqələndirirlər.İkinci pillədə 16 milyarderlə Buğa bürcləri qərarlaşıb. Mark Zukerberq və Erik Şmidt kimi uğurlu iş adamlarının aid olduğu bu bürcün əsas xüsusiyyəti inadkarlıqdır. Onların praktik yanaşması və hədəfə doğru qətiyyətlə irəliləməsi uzunmüddətli maliyyə uğurlarını təmin edir. İlk üçlüyü isə 15 milyarderlə Balıqlar bürcü tamamlayır. Bernar Arno və Fil Nayt kimi nəhənglərin uğuru onların gələcək trendləri öncədən hiss etmək bacarığına bağlanır.Siyahının sonunda isə Oğlaq və Oxatan bürcləri yer alır. Cəmi beş nümayəndə ilə təmsil olunan bu bürclərin maliyyə zirvəsinə qalxmaqda çətinlik çəkməsinin fərqli səbəbləri var.
Oğlaqların həddindən artıq ehtiyatlı davranması və risklərdən qaçması, Oxatanların isə daha çox azadlığa və macəraya meyilli olması onların milyardlarla dollar qazanmasına maneə yaradır. Amma ekspertlər onu da vurğulayır ki, astrologiya təkcə ehtimaldır və real uğur insanın öz iradəsindən asılıdır.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.