Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdə keçirilən "Skistar Winter Games" beynəlxalq yarışında iştirak edib.
"Far.Az" Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, xizəkçi yarışın slalom növündə mübarizə aparıb.
U-14 yaş kateqoriyası üzrə yarışan Ş.Akselsson 4-cü pilləni tutub.
Qeyd edək ki, turnirdə 12 ölkədən 80 idmançı mübarizə aparıb.