“Son zərbələri tamamlamaqda çətinlik çəkirik”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Qəbələ” - “Araz-Naxçıvan” oyunu haqqında fikirlərini bölüşüb:

“İki xal itirdik. Ümumilikdə yaxşı oynasaq da, tez-tez top itirirdik. İkinci hissədə isə biz daha yaxşı çıxış etdik. Futbolçularıma təşəkkür edirəm — bu oyunda xarakter göstərdilər. Azarkeşlərin dəstəyinə görə də minnətdaram. Komanda çətin vəziyyətdə olanda onların yanımızda olması çox önəmlidir. Onlardan xahiş edərdim ki, sona qədər komandaya dəstək olsunlar”.

Mütəxəssis növbəti matçların gərgin keçəcəyini vurğulayıb:

“Hər oyunda mübarizə aparmaq lazımdır. Turnir cədvəlindəki yerimizə görə bu gün çoxları düşünürdü ki, “Araz-Naxçıvan” asanlıqla qələbə qazanacaq. Amma biz oyunumuzla bir daha sübut etdik ki, turnir cədvəlində layiq olduğumuz yerdə deyilik”.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.